Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu deputatlara “Mercedes E 300” veriləcək -SİYAHI

 

Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən, həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.

Yenixeber.org məlumatına görə, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.

VII çağırış Milli Məclisinin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:

- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov;

- Elm və təhsil komitəsi - Anar İskəndərov;

- Regional məsələlər komitəsi - Siyavuş Novruzov;

- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev;

- İnsan hüquqları komitəsi - Zahid Oruc;

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov;

- Aqrar siyasət komitəsi - Tahir Rzayev;

- Əmək və sosial siyasət komitəsi - Musa Quliyev;

- Mədəniyyət komitəsi - Polad Bülbüloğlu;

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov;

- Səhiyyə komitəsi - Əhliman Əmiraslanov;

- Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova;

- Gənclər və idman komitəsi - Şahin İsmayılov;

- İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa;

- Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.

Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onların həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam