Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

COP29: Ermənistan rəsmiləri bu prosesə dəvət olunub

COP29-a ev sahibliyi edən Azərbaycan bütün iştirakçı ölkələr üçün açıq və inklüziv platforma yaradıb.

Yenixeber.org xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev APA-nın Ermənistanın COP29-da mümkün iştirakına dair sualına cavabında deyib.

“Biz bütün ölkələrin, o cümlədən Ermənistan rəsmilərini dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət etmişik”, - Muxtar Babayev vurğulayıb.

COP29-un müəyyən olunmuş prezidenti qeyd edib ki, Azərbaycan hər bir nümayəndə heyəti üçün bütün lazımi şərtlərin yerinə yetirilməsini təmin edən BMT ilə “Təşkilatçı Dövlət Razılaşması” sənədini imzalayıb: “İnanırıq ki, bütün ölkələrin iştirakı məhsuldar müzakirələrə və müsbət nəticələrə töhfə verəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam