Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu ölkələr Ukraynanın NATO-ya üzvlüyünün əleyhinədir -KİV

 

Yeddi ölkə Ukraynanın NATO-ya dəvət edilməsinin əleyhinədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Politico” yayıb.

Bildirilib ki, həmin ölkələr Almaniya, ABŞ, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniyadır.

“Alyansın əsas mövqeyə sahib üzvləri Rusiya ilə müharibəyə cəlb edilmək ehtimalından narahatdırlar”, - deyə məlumatda qeyd olunub. 

Nəşrin mənbələri qeyd edib ki, ABŞ və Almaniya Ukraynanın gələcəkdə, hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-ya üzv olmasını istisna etmirlər. 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Ali Radada beş maddədən ibarət “Qələbə planı”nı təqdim edib. Onun ilk maddəsi Ukraynanın hərbi əməliyyatlar başa çatmamış NATO-ya dəvət edilməsini nəzərdə tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam