Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakıda ilk ödənişsiz parkinqlər yaradıldı-FOTOLAR

 

Bakıda ödənişsiz parklanma yerləri təşkil edilir.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat yayılıb.

Məlumata əsasən, həmin ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur. Belə ki, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb.

Görülən işlər nəticəsində 9 məntəqə üzrə 94 ödənişsiz parklanma yeri təşkil edilib. 3 məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

Qeyd edilib ki, Bakı şəhəri üzrə beş parklanma zonası müəyyən olunub. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi dörd zonada tətbiq edilir.

Xatırladaq ki,  ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam