Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir

 

Müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir.

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib. O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib.

“Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 90-cı illərdən və digər ölkələrdən də xatırlayırıq, onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də onlar bütün bu ssenariyə hazırlaşıblar. Onlar seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıblar. Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa və demokratik seçkilərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək”, - Papuaşvili deyib.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam