Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Xüsusi nümayəndə: "Kəlbəcərdə "İstisu" sanatoriyası yenidən qurulur"

 

Kəlbəcər şəhərində "İstisu" sanatoriyasının yenidən qurulması ilə bağlı işlər aparılır.

Yenixeber.org  xəbər verir ki, bunu Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbirdə bildirib.

Bundan başqa, o, deyib ki, şəhərdə 224 mənzildən ibarət binalar inşa olunur.

O, həmçinin Toğanalı-Kəlbəcər-İstisu yolunda da işlərin davam etdiyini bildirib: "Növbəti ildə bu yolun yekunlaşması nəzərdə tutulub. Uzunluğu 82 kilometr olan yolun əhəmiyyəti böyükdür. Bundan əlavə, İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılıb".

B.Hacıyev çıxışında Kəlbəcərin zəngin turizm potensialı haqqında məlumat verərək, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam