Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Azərbaycanda bələdiyyə seçkiləri təxirə salındı

Azərbaycanda bələdiyyə seçkiləri  təxirə salındı

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.

Yenixeber.org: Məlumata görə, Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib.

Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir:

“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.

Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.

Bununla da belə qənaətə gəlmək olar ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək bələdiyyə seçkisi 2025-ci ilə təsadüf edəcək.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam