Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gürcüstan DİN: Qeyri-qanuni miqrantların deportasiyası halları xeyli artıb

 

2024-cü ildə Gürcüstandan deportasiya edilən qeyri-qanuni miqrantların sayı öncəki illə müqayisədə 26 % artıb.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2024-cü ilin oktyabr ayına olan məlumata görə, 384 əcnəbi vətəndaşın ölkədən məcburi çıxarılması barədə qərar qəbul edilib ki, bu da əvvəlki illə müqayisədə 26 % çoxdur”, - məlumatda deyilir.

Çıxarılma prosesi başlandıqdan sonra könüllü şəkildə ölkəni tərk etməyə razılıq verən əcnəbilərin sayı da artıb. Yanvar-oktyabr aylarında Gürcüstanı 323 nəfər tərk edib ki, bu da ötən ilin tam göstəricisinin 60,7 %-ni təşkil edir.

Təkcə oktyabrda Gürcüstan Miqrasiya Departamenti ölkədə qanuni əsas olmadan qalan 60 əcnəbini Gürcüstandan çıxarmaq barədə qərar qəbul edib.

Gürcüstan DİN-in statistikasına görə, 2023-cü ildə 190, 2022-ci ildə isə 165 əcnəbi Gürcüstandan icbari qaydada çıxarılıb. Nazirlikdən gələcəkdə qeyri-qanuni miqrantlara nəzarətin daha da sərtləşdiriləcəyini vurğulanıb.(Georgia News)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam