Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakı ilə sülh müqaviləsinin razılaşdırılması üzrə görüşlərin intensivləşdirilməsində maraqlıyıq

 

Ermənistan sülh müqaviləsinin mətnini qısa müddətdə razılaşdırmaq üçün Azərbaycan tərəfi ilə görüşlərin intensivləşdirilməsində maraqlıdır.

Yenixeber.org xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

"Nazirlər və ya dövlət başçıları səviyyəsində konkret razılaşma yoxdur. Ancaq Ermənistan tərəfi müqavilə mətninin razılaşdırılmasını qısa müddətdə başa çatdırmaq üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır", - V.Kostanyan qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqlar artıq çoxdan ikitərəfli formatda aparılır: "Təbii ki, görüşlər müxtəlif ölkələrdə keçirilib. Tərəfdaşlarımız danışıqlar prosesinə öz dəstəklərini ifadə etməyə çalışıblar, ancaq danışıqlar mahiyyət etibarilə, ikitərəfli formatda gedir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam