Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ərdoğandan Azərbaycan xalqına -TƏBRİK


“Qarabağ zəfərinin dördüncü ildönümünü böyük sevinc və qürurla qeyd edən Can Azərbaycanın, Azərbaycan xalqının Zəfər Gününü ürəkdən təbrik edirəm”.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda yazıb. 

“Prezident İlham Əliyev qardaşımın timsalında 44 günlük vətən müharibəsini zəfərə çatdıran Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman heyətini ölkəm və millətim adından hörmətlə salamlayıram. 

Adlarını tarixə şərəflə yazdıran əziz şəhidlərimizin hamısını rəhmətlə yad edir, uca ruhlarının şad olmasını diləyirəm. Qarabağ səmasında nazlı ayparanın dalğalanması üçün canından keçən o qəhrəmanları hər zaman minnətdarlıqla yad edəcəyik”,- deyə paylaşımda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam