Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

COP29-da konfrans nəqliyyatından bu qədər iştirakçı istifadə edib

 

Məlum olduğu kimi, noyabrın 11-dən etibarən Bakıda COP29 iqlim konfransı öz işinə başlayıb.

Yenixeber.org xəbər verir ki, konfransda iştirak etmək məqsədilə paytaxta səfər edən çoxsaylı qonaqların təhlükəsiz və rahat daşınmasının təmin edilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən koordinasiyalı hazırlıq işləri çərçivəsində tədbir məkanı, hava limanı və şəhərin müxtəlif strateji ərazilərində yerləşən nəqliyyat qovşaqları arasında müvafiq nəqliyyat sxemi tətbiq edilməkdədir.

5 -11 noyabr tarixlərində konfrans öncəsi ilkin sessiyalar və konfransın ilk günləri ərzində tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58 000-dən çox iştirakçının hərəkəti təmin edilib.

Qurumların operativ koordinasiyası və paytaxt yollarında nəqliyyat axınının peşəkar tənzimləməsi nəticəsində COP29 iştirakçıları yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin edilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam