Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Keşlədə kollektorun üzərində salınan qəbirlər dağıldı -5 məzar başqa yerə köçürüldü

Keşlə qəbiristanlığında illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması nəticəsində dağılıb, iki qəbir isə dağılma təhlükəsindədir.

Yenixeber.org xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən APA-ya verilən məlumata görə, mövcud məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər olunub, əraziyə baxış keçirilib.

Qeyd edilib ki, kollektorda heç bir qəza hadisəsi baş verməyib, xəttə rejim dəyişikliyi olmayıb. Problemin kökü ondan ibarətdir ki, kollektorun üzərində qəbiristanlıq salınıb və bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.

Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub.

Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam