Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gürcüstanda seçkilərin yekun nəticələri -AÇIQLANDI

 

Hakim “Gürcü Arzusu” partiyası seçkilərin yekun nəticələrinə görə, on birinci çağırış Gürcüstan parlamentində 150 ​​yerdən 89-unu qazanıb.

Yenixeber.org xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 16-da keçirdiyi iclasda 26 oktyabr tarixli parlament seçkilərinə yekun vurub.
Seçkilərin nəticələrinə əsasən, parlamemtdəki 150 yer aşağıdakı kimi bölüşdürülüb:

“Gürcü Arzusu” – 89 yer;
"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Beləliklə, Gürcüstanın hakim partiyası rekord qıraraq, seçicilərin təxminən 54%-nin dəstəyini alıb və  seçkilərin nəticələrinə görə dördüncü dəfə hakimiyyəti qoruyub saxlaya bilib.

Müxalifət seçkilərdə total saxtakarlıq olduğunu iddia edərək, “Gürcü arzusu”nun qələbəsini tanımaqdan imtina edir. Müxalifət bildirir ki, seçkiqabağı dövrdə və seçki günü seçicilərə təzyiqlər olub. Eyni zamanda, seçkilərin elektron texnologiyalarla keçirildiyi məntəqələrin 2/3-də kütləvi saxtalaşdırma baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam