Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb

 

Şimali Koreyanın 10 900 əsgəri Rusiyanın hava-desant qoşunları və dəniz piyadalarının heyətində ölkənin Kursk vilayətinə yerləşdirilib, onların bir qisminin döyüşlərdə iştirak etdiyi güman edilir.

Yenixeber.org xəbər verir ki, bunu Cənubi Koreya parlamentinin Kəşfiyyat komitəsinin nümayəndəsi Pak Son Von jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Şimali Koreya həmçinin haubitsa və reaktiv yaylım atəş sistemi daxil olmaqla Ukraynada müharibə üçün əlavə silah da tədarük edib.

Deputat qeyd edib ki, Milli Kəşfiyyat Xidməti Şimali Koreya qoşunlarının dəqiq itkilərini müəyyənləşdirməyə çalışır.

Xatırladaq ki, noyabrın 11-də Koreya Xalq Demokratik Respublikası Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya etmişdi.

Noyabrın 9-da isə eyni sənədi Rusiya Prezidenti Vladimir Putin təsdiqləmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam