Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır –Şok plan

 

Bundesver Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə gizli plan hazırlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.

Məlumata görə, "Almaniya" əməliyyatı üçün 1000 səhifəlik planda xüsusi mühafizəyə ehtiyacı olan bütün infrastruktur obyektləri sadalanır, həmçinin müdafiə ilə bağlı prosedurlar və ya NATO-nun şərq cinahında Rusiyanın qarşısını almaq üçün tədbirlər yer alıb.

Qeyd olunur ki, belə vəziyyətdə Almaniya şərqə köçürülən on minlərlə, bəlkə də yüz minlərlə hərbçinin, eləcə də hərbi texnika, ərzaq və dərman vasitələrinin cəmləşdiyi mərkəzə çevriləcək.

Xatırladaq ki, iyul ayında "Bild" qəzeti Bundesverin NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hakimiyyət orqanlarının hərəkət kursunu əks etdirən gizli plan hazırladığını bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam