Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Çavuşoğlu Azərbaycana gəlir -TARİX

Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Yenixeber.org xəbər verir ki, o, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək.

Məlumatı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 700 nümayəndə heyətinin iştirakı gözlənilir.

“Burada Türkiyədən də Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları Şamil Ayrım, Cantürk Alagöz və digərləri iştirak edəcək. Böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Burada Qərbi Azərbaycana qayıdış məsələsi müzakirə obyekti olacaq. Tədbir hər il dekabrın 5-də keçirilir. Çünki 5 dekabr bizim Qərbi Azərbaycandan sonuncu dəfə deportasiya edildiyimiz tarixdir”, - Əziz Ələkbərli bildirib.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam