Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər

 

Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır.

Yenixeber.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Bundan başqa, o deyib ki, karbon emissiyalarına vergilərin tətbiqi də geniş müzakirə olunur: "Ölkə olaraq Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) çatmaq, karbon emissiyalarını azaltmaq üçün qiymət alətlərinin tətbiqi üzərində çalışırıq, onları öyrənirik. Sadəcə vergi ödəyicilərini əmin etmək istəyirik ki, hər hansı vergi tətbiq ediləcəyi halda sahibkarlığın inkişafına mane olmasın deyə ciddi təhlillər aparılır. Yəni, həm əhaliyə bunun təsiri olmasın, hansısa istehlak xərcləri artmasın, həm də mikrosahibkarların üzərində ciddi vergi yükü yaranmasın. Bir sözlə, sənayenin, ümumilikdə sahibkarlığın inkişafını məhdudlaşdırmayan karbon emissiyası üzərində vergi tutma üzərində işləyirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam