Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bu gün ermənilərin Bakıda növbəti məhkəməsi keçiriləcək

 

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edəcək.

Yenixeber.org xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün ötən prosesdə verilən vəsatətlər üzrə qərarlar elan ediləcək. Daha sonra işin məhkəmə baxışına verilib-verilməməsi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, ötən prosesdə Arayik Harutyunyandan savayı digər təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş etmişdilər. Zərərçəkmiş şəxslər və dövlət ittihamını müdafiə edən prokurorlar isə vəsatətin təmin olunmamasını və təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən istəyib.

Məhkəmə vəsatətlərlə bağlı qərar qəbul etmək üçün prosesdə fasilə elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam