Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Keçən il Azərbaycanda qeydə alınan cinayətlər azalıb

 

Keçən il Azərbaycanda qeydə alınan cinayətlər azalıb.

Yenixeber.org xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, ötən il 2023-cü illə müqayisədə 3 min 432 (9,3%) fakt cinayət az qeydə alınıb.

Həmçinin, əlavə edilib ki, keçən il ölkə ərazisində 33 min 379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17 min 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1 086-sı prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 cinayət işi, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14 min 983 şəxs barəsində 13 min 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam