Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradıldı

 

Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.

Yenixeber.org xəbər verir ki, İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb.

Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq müşahidə aparacaqlar.

Vurğulanıb ki, hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim edəcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam