Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Qazaxıstanda quş sürüsü ilə toqquşan təyyarə uçuşu davam etdirib

 

Uralsk hava limanında təyyarə quş sürüsü ilə toqquşub, lakin Astanaya doğru marşrutunu davam etdirib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Air Astana”nın mətbuat xidməti məlumat yayıb.

"2025-ci il yanvarın 25-də “FlyArystan” aviaşirkətinin Uralsk-Astana marşrutu üzrə FS 7366 saylı reysinin uçuşu zamanı Uralsk şəhərinin hava limanında quş sürüsü ilə toqquşma baş verib. Təyyarənin sistem və mühərriklərinin işində problem olmadığı üçün ekipaj uçuşu davam etdirib və Astana şəhərinin hava limanında normal qaydada eniş edib", - məlumatda qeyd olunub.

Bildirilib ki, artıq təyinat məntəqəsində təyyarədə çoxsaylı zədələr, o cümlədən mühərrikin içərisində quş qalıqları aşkar edilib.

"Bu nümunələr Uralsk hava limanında oxşar hadisələrin qarşısını almaq məqsədilə quşların növünü müəyyən etmək üçün DNT testinə göndəriləcək", - mətbuat xidməti vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam