Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Qazaxıstandan vurulan Azərbaycan təyyarəsi ilə bağlı -YENİ AÇIQLAMA

 

Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsi barədə yeni açıqlama verib.

Yenixeber.org-un xəbərinə görə, bu barədə Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib.

O bildirib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması davam etdirilir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.

"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş asan deyil. Nəticələri gözləyirik", - Q.Koygeldiyev deyib.

Xatırladaq ki, Azərbaycana məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam