Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq

 

Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılmadığını yenidən vurğulayıb.

Yenixeber.org xəbər verir ki, o, bu açıqlamanı ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Prezident Donald Trampın adanı almaqda maraqlı olmasının "zarafat olmadığı" ilə bağlı səsləndirdiyi fikirdən sonra verib.

"Qrenlandiya bizim ərazimizin bir hissəsidir və satılmır", - M.Frederiksen bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

Bununla belə o, Arktikanın strateji əhəmiyyətinin artması ilə bağlı ABŞ-nin mövqeyi ilə razılaşıb.

"Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, biz dialoqa hazırıq", - Baş nazir əlavə edib.

Daha əvvəl Tramp Danimarkanın muxtar ərazisini ABŞ-nin bir hissəsinə çevirmək niyyətində olduğunu bəyan edib və bunun üçün hərbi və ya iqtisadi vasitələrdən istifadəni istisna etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam