Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq

 

Avropa İnvestisiya Bankı (AİB) Ukraynada 116,5 milyon avro dəyərində sosial layihələri maliyyələşdirəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

"Ukrayna və Avropa İnvestisiya Bankı energetika və kritik infrastrukturun bərpasının maliyyələşdirilməsini nəzərdə tutan sazişlər imzalayıb", - o yazıb.

Baş nazir qeyd edib ki, AİB kritik infrastrukturun bərpası və enerji səmərəliliyinin tətbiqi üçün 16,5 milyon avro ayırır. Daha 100 milyon avro su və istilik təchizatı obyektlərinin bərpasına, təhsil, səhiyyə və mənzil sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsinə yönəldiləcək.

Ukrayna Nazirlər Kabinetinin məlumatına görə, AİB-in Ukraynadakı portfeli 4,95 milyard avro məbləğində 25 layihədən ibarətdir. 2022-ci ilin fevralından bəri 2 milyard avrodan çox vəsait ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam