Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycanda bu peyvənd pulsuz vurulacaq

 

Uşaqlıq boynu xərçənginə qarşı vurulan HPV peyvəndi yaxın gələcəkdə Azərbaycanda da pulsuz olacaq.

Yenixeber.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı deyib.

“Səhiyyə Nazirliyinin HPV vaksininin profilaktik peyvəndlər təqviminə daxil edilməsi istiqamətində işlər aparması ilə bağlı məlumatlıyıq. Biz Səhiyyə Nazirliyinin bu təşəbbüsünü bütün imkanlarımızla dəstəkləyirik. Çünki HPV peyvəndi qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv yoldur”, - o bildirib.

Hande Harmancı qeyd edib ki, Səhiyyə Nazirliyi və ÜST bu vaksinin peyvənd təqviminə salınmasında maraqlıdır.

Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq ÜST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib. Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam