Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan və Moldovanın tənzimləmə qurumları memorandum imzalayıb- FOTO

 

Bu gün Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Yenixeber.org xəbər verir ki, memorandum ANRE-nin baş direktoru Aleksey Taranın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin baş direktoru Aleksey Taran imzalayıblar.

Anlaşma memorandumu ikitərəfli və regional enerji bazarının tənzimlənməsi məsələləri üzrə birbaşa dialoq qurmaq və inkişaf etdirmək, regional enerji bazarına təsir edən təcili və ya fövqəladə hallar zamanı səmərəli məlumat mübadiləsini təmin etmək, eləcə də tənzimləyici islahatların hazırlanması və həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq üçün müxtəlif tədbirlər təşkil etməklə əməkdaşlığı möhkəmləndirmək məqsədini daşıyır.

Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında qaz bazarının monitorinqinin cari problemləri və həlli yolları, eləcə də bərpa olunan mənbələrin şəbəkəyə inteqrasiyası və payının artırılması, həmçinin enerji dayanıqlığını gücləndirmək üçün tədbirlər ilə bağlı müzakirələr aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam