Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Xaçaturyanın səhhəti pisləşib

“İnsanlar onun görünüşündə əhəmiyyətli dəyişikliklər hiss etməyə başlayıblar”

Yenixeberorg.az: Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə xeyli pisləşib. Bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Bildirilib ki, Prezident 27 oktyabr terror hücumunun ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyib və həmçinin Ermənistanda keçirilən COP-17 iqlim sammitində bir neçə tədbiri buraxıb.

Bundan əlavə, Şahzadə Talal Beynəlxalq İnsan İnkişafı Mükafatı 2025 mərasimi onun himayəsi altında keçirilir, lakin Xaçaturyan həmin tədbirdə də iştirak etməyib.

Dünən İspaniya Kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsinin yüksək vəzifəli qonaqlar üçün təntənəli qəbulu keçirilib, lakin Prezident təödbirdə iştirak etməyib.

"Bizim məlumatımıza görə, o, nadir hallarda iqamətgahına baş çəkir. Xaçaturyan uzun müddətdir xəstədir. İnsanlar onun görünüşündə əhəmiyyətli dəyişikliklər hiss etməyə başlayıblar", - qəzet yazıb.

Daha əvvəl yerli media orqanları prezidentin xərçəng xəstəliyinə tutulduğunu və ağciyər əməliyyatı keçirdiyini yazıb. Onun “Hayastan” Ümumerməni Fondunun qəyyumlar şurasının iclasından çəkdiyi və orada sağlam görünmədiyi şəkillər geniş ajiotaj yaradıb. “Sputnik Armenia” Prezident Administrasiyasına sorğu göndərib, lakin əvvəlki bütün sorğular kimi, bu da cavabsız qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam