Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

"Anadolu Ankası - 2025" təlimi başa çatıb-VİDEO

 

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2025" (Anatolian Phoenix - 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb. 

Yenixeber.org: Beynəlxalq təlimdə keçirilən "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib.

Sonra Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qardaş ölkədə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycan HHQ-nin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam