Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

DİN-də kollegiya iclası:konkret tapşırıqlar verildi

DİN-də Kollegiya iclası keçirildi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov DİN-in kollegiya iclasında bir sıra vacib nüanslara toxunub.

Yenixeberorg.az: Nazir cinayətkarlığın bütün təzahürlərinə, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə əməliyyat-axtarış tədbirlərinin, internet informasiya resursları vasitəsilə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyinin artırılması, qanunsuz dövriyyə kanallarının vaxtında zərərsizləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə ciddi riayət olunmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyin artırılmasında, operativliyin təmin edilməsində və xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadənin, idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsini, icra intizamının gücləndirilməsini, müasir texnologiyaların fəaliyyətdə daha geniş tətbiqi üçün təşəbbüskarlığın artırılmasını, bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasını tələb edib, eləcə də bu və digər istiqamətlər üzrə konkret tapşırıqlar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam