Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında Azərbaycan komandasının çıxışına baxıb.

Yenixeber.org xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın hər yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.

Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib, onların arasında Qarabağ atları ilə akrobatik atçılıq şousu xüsusilə seçilib.

Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Türkiyə lideri ayağa qalxaraq onları gurultulu alqışlarla dəstəkləyib.

Xatırladaq ki, festivalda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin tərkibi 100 nəfərdən çox olan nümayəndə heyəti, Türkiyədəki səfirlikdə Azərbaycan Mədəniyyət Mərkəzinin qurduğu çadır və 20 Qarabağ atı təmsil edir. Ölkənin tədbirdə iştirakını Azərbaycan Atçılıq Federasiyası təşkil edib.

Mayın 25-dək davam edəcək festivalda ümumilikdə Qarabağ atlarının 6 çıxışı nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam