Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Lavrov:Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik

 

Hakan Fidanla danışıqlar zamanı yüksək səviyyəli razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər iki ölkənin enerji, xüsusilə Türkiyədə “Akkuyu” AES-in tikintisi sahəsində əməkdaşlığını, həmçinin "Türk axını" və "Mavi axın" boru kəmərlərinin təhlükəsizliyini müzakirə ediblər.

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, 2024-cü ildə Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 52 milyard dolları ötüb. O, tərəflərin ticari-iqtisadi əməkdaşlıq üzrə qarışıq komissiyanın 19-cu iclasının keçirilməsinə hazırlaşdığını vurğulayıb: "Biz nazirliklərimizin aidiyyəti qurumlarla sıx təmasda olacağını razılaşdırdıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam