Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq

 

Rusiyanın Azərbaycanla sərhədində ilk intellektual keçid məntəqəsi yaradılır və hazırda sistem sınaqdan keçirilir.

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi sosial şəbəkələrdə bildirib.

Söhbət Azərbaycanla sərhəddə Dağıstan Respublikasında yerləşən Tahirkənd-Qazmalar keçid məntəqəsindən gedir. Keçid məntəqəsindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi keçir və burada hər gün orta hesabla 230 yük maşını yola salınır.

Keçid məntəqəsi "Səmərəli nəqliyyat sistemi" adlı milli layihə çərçivəsində modernləşdiriləcək: onun buraxılış qabiliyyəti təxminən 12 dəfə artaraq gündə 2 360 nəqliyyat vasitəsinə çatacaq, hərəkət zolaqlarının sayı isə 6-dan 20-yə qədər artacaq.

"Biz yük avtomobilləri üçün sərhədkeçmə vaxtının 10 dəqiqəyə qədər azaldılması üzərində də işləyirik. Bunun üçün hazırda Tahirkənd-Qazmalarda intellektual keçid məntəqəsinin funksiyaları sınaqdan keçirilir", - Rusiya Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Beləliklə, "yerdəki" vəziyyət onlayn rejimdə izlənilir, avtomobillər və yüklər haqqında məlumatlar əvvəlcədən toplanır, daha sonra məlumat gömrük, sərhəd xidməti və digər dövlət orqanlarına ötürülür ki, onlar yükün risk dərəcəsini qiymətləndirə və lazım gəldikdə əlavə nəzarət prosedurları və geniş yoxlama təyin edə bilsinlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam