Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Lavrov Rubio ilə danışdı

Mayın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Yenixeber.org: Məlumata görə, Lavrov Rubioya Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mayın 19-da əldə olunmuş razılaşmaların icrasının gedişatı, habelə Rusiya tərəfinin İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının növbəti raundu üçün konkret təkliflərin hazırlanması barədə məlumat verib.

Rubio, öz növbəsində, Donald Trampın diqqətini Ukrayna münaqişəsinin tezliklə başa çatmasına yönəldiyini vurğulayıb və Vaşinqtonun tərəflərin mövqelərinin yaxınlaşmasına yardım etməyə hazır olduğunu bildirib.

Söhbət zamanı ikitərəfli gündəlikdəki cari məsələlərə də toxunulub.

Tərəflər Rusiya və ABŞ xarici siyasət qurumları arasında konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqu davam etdirmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam