Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Nazirlik: Arpa sahələrinin 43 %-ə yaxınında biçin başa çatıb

 

Azərbaycanda arpa sahələrinin 43 %-ə yaxınında biçin başa çatıb.

Yenixeber.org: Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Biçin prosesi əsasən Aran rayonlarının arpa sahələrində aparılır. Bu il respublikada 426 623 hektar sahədə payızlıq arpa əkilib. Orta məhsuldarlıq 32 sent/ha-dır.

Hazırda 43 rayonda arpa biçilir. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında arpa biçini artıq yekunlaşmaq üzrədir. Bu rayonlarda arpa sahələrinin 90 %-dən çoxu biçilib. Arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul (40 sent/ha), Bərdə (39,4 sent/ha), Sabirabad (38,7 sent/ha) və Salyan (38,4 sent/ha) rayonlarında qeydə alınıb.

Ümumilikdə, taxıl sahələrinin 21 %-də biçin başa çatıb. Biçin aparılmış 196 064 hektar sahədən 631 824 ton məhsul yığılıb. Hazırda respublikada taxıl üzrə orta məhsuldarlıq 32,2 sent/ha təşkil edir.

Yaxın günlərdə bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 16-da taxıl biçinində 1 415 kombayn iştirak edib. Onlardan 579-u “Aqroservis” ASC-nin, 836-sı isə fiziki və hüquqi şəxslərin texnikalarldır. Hazırda ən çox kombayn Cəlilabad (125), Şəki (116), Neftçala (82) və Kürdəmir (78) rayonlarının taxıl sahələrində biçin aparır.

Arpa biçininin yekunlaşmaqda olduğu və yüksək məhsuldarlıq əldə olunan rayonlardan biri də Sabirabad rayonudur. Bu il Sabirabad rayonunda 20 290 hektar sahədə payızlıq taxıl əkini aparılıb: 10 904 hektar sahədə buğda, 9 387 hektar sahədə isə arpa əkilib. Artıq rayon üzrə arpa sahələrinin 70%-ində, taxıl sahələrinin isə 2,3%-ində biçin yekunlaşıb. Arpa üzrə orta məhsuldarlıq 38,7 sent/ha, buğda üzrə isə 43,4 sent/ha təşkil edir.

Biçin prosesinə ümumilikdə 64 kombayn cəlb olunub. Bunlardan 23-ü “Aqroservis” ASC-nin, 41-i isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Biçin növbəlilik prinsipi ilə aparılır. “Aqroservis” tələbata uyğun olaraq biçin aparılmayan bölgələrdən Sabirabad rayonuna kombaynların dislokasiyasını həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam