Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduğunu söyləyib.

Yenixeberorg.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib ki, Azərbaycanın iqtisadi potensialı, ənənələr, multikulturalizm, nikbin olmağa ümumi bir vəhdət yaradır:

"Biz proqnozlaşdırılmamış dünyada yaşayırıq. Bu elə bir dünyadır ki, münaqişələr başlayır və bitmir. Belə olan şəraitdə biz hər zaman diqqətli olmalıyıq ki, potensial risklər nədən ibarətdir və özümüzü hər hansı potensial çətinliklərdən qorumalıyıq".

Dövlət başçısı qeyd edib ki, son forumdan sonra mənfi və müsbət mənada yeniliklər olub:

"Mənfi odur ki, yaxınlığımızda müharibələr olur. Müsbət məsələ odur ki, Ermənistanla sülh sazişi paraflanıb. Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutdu. Daha sonra isə üç tərəfli bəyannamə imzalandı. Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq. Bu müstəqil Cənubi Qafqaz ölkəsinin tarixində belə bir şey olmamışdı".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam