Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Bakıda Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın iclası keçirilib-FOTO

 

Bu gün Bakıda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Yenixeber.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 14-cü iclasına həmsədrlik edib.

“Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sənayenin müxtəlif istiqamətləri, energetika, kənd təsərrüfatı, logistika sahələrində tərəfdaşlığın və qarşılıqlı investisiyaların təşviqi üzrə görülən işləri dəyərləndirdik”, - deyə M.Cabbarov bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam