Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

“...bütün Ukrayna bizimdir” -“Rus əsgərinin ayaq basdığı yer bizimdir”

butun-ukrayna-bizimdir

“Ukraynada baş verən faciə ilə bağlı olan hər şey bizim işimizin nəticəsi deyil. Bu, dünyada baş verən qlobal dəyişikliklərə dözmək istəməyənlərin əməyinin nəticəsidir”.

Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

“Mən artıq dedim ki, mən rus və ukrayna xalqını bir xalq hesab edirəm. Bu mənada bütün Ukrayna bizimdir” - Putin deyib.

Rus ordusunun hara gedə biləcəyini soruşduqda isə Putin belə cavab verib: “Rus əsgərinin ayaq basdığı yer bizimdir”.

Putinin sözlərinə görə, Moskva daim Kiyevə dayanmağı və danışıqlar aparmağı təklif edib, lakin Ukrayna hakimiyyəti bu cür təşəbbüslərdən imtina edib. İndi Rusiya Silahlı Qüvvələri bütün döyüş təmas xətti boyunca irəliləyir, Ukrayna Silahlı Qüvvələri isə qüvvələrini cəbhə boyu ayırıb:

“Görün nə etdilər: gedib bizim Kursk vilayətini işğal etdilər, orada 76 min insan itirdilər! Bu, onlar üçün fəlakətdir”.

Putin onu da bildirib ki, Rusiya Ukraynanın kapitulyasiyasına can atmır, amma formalaşmış reallıqların tanınmasında israrlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam