Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Bələdiyyələrə uzunmüddətli kreditlər verilməsi təklif olunur

 

Bələdiyyələrə uzunmüddətli kreditlər verilməlidir ki, onlar məktəbəqədər təhsil müəssisələri yaratsınlar.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, hazırda bir valideynin işləməsi ilə ailəni dolandırmaq çətindir:

“Ona görə hər iki valideyn işləməli olur. Bəs belə halda uşaqları harada saxlamaq lazımdır? Qanunvericilikdə bu məsələlərə yenidən baxılmalıdır”.

Komitə sədri vurğulayıb ki, hazırda ölkədə Elm və Təhsil Nazirliyinin tabeliyində 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:

"Təklif edirəm ki, Mənzil Məcəlləsinə yeni maddə əlavə olunsun. Qanunda dəyişiklik edək ki, hər yeni tikilən binada məktəbəqədər təhsil müəssisəsi yaradılsın. Bu tələb qoyulsa, məktəbəqədər təhsil müəssisələrinin sayı ciddi şəkildə artar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam