Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Yeni səfir Fəxri və Şəhidlər xiyabanlarında -FOTO

Yeni sədri Fəxri və Şəhidlər xiyabanlarında

İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Yenixeber.org: Bununla bağlı İsrail səfirliyi məlumat yayıb.

"Səfir Ronen Krausz Fəxri xiyabanı ziyarət edərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu.

Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad etdi. Səfir, həmçinin Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək, onun igidliyini və fədakarlığını dərin hörmətlə andı.

Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin - yaddaşın, hörmətin və minnətdarlığın - güclü bir təcəssümüdür", - səfirliyin məlumatında qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam