Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Dalğanın hündürlüyü 4 metri keçib -Faktiki HAVA

Dənizdə dalğanın hündürlüyü 4 metri keçib - Faktiki HAVA
Sentyabrın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, sentyabrın 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Astarada 91, Şamaxıda 55, Qobustanda 34, Lənkəran və Şəkidə 26, Qəbələdə 24, Şahdağ və İsmayıllıda 23, Daşkəsəndə 19, Qrız, Ağstafa, Qaxda (Sarıbaş) 18, Altıağacda 16, Oğuz və Xaltanda 15, Qusarda (Laza) 14, Xınalıqda 13, Qubada 8, Bakıda və Abşeron yarımadasında, eləcə də Göygöl, Gəncə, Naftalan, Xaçmaz, Tərtər, Göyçay, Zaqatala, Mingəçevir, Beylaqan, Sabirabad, Neftçala, Biləsuvar, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Lerik, Şabran, Tovuz, Balakən, Gədəbəy, Şahbuz, Şirvan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 7 mm-dək qeydə alınır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25, Naftalan və Altıağacda 22, Mingəçevir və Gəncədə 20, Culfa, Sabirabadda 17, Şabranda 16 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Sentyabrın 20-si Qəbələ rayonunun Kiçik Əmili kəndinə saat 20:08-20:15 radələrində diametri 8-10 mm, İsmayıllı rayonuna isə saat 21:30-21:35 radələrində diametri 2-3 mm olan dolu düşüb.

Qrız, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam