Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Qaragözova” klinikası cərimələndi - SƏBƏB

media-gar

Bakı şəhəri Səbail Rayon Məhkəməsi “Qaragözova” MMC-yə məxsus klinika barəsində qərar çıxarıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, klinikada sertifikasiyadan keçməyən həkim-stomatoloqun və tibbi təhsili olmayan şəxslərin diş texniki kimi işləməsi faktı təsdiqlənib.

Araşdırmada məlum olub ki, həkim Hikmət Tahirovun sertifikasiya şəhadətnaməsi 2025-ci ilin iyulunda bitib, sentyabrda yenidən imtahanda iştirak etsə də, uğursuz nəticə göstərib. Bununla belə, o, klinikada həkim yanında əyləşərkən qeyri-rəsmi fəaliyyətlə bağlı şübhələr yaranıb. Bundan başqa, ali və ya orta ixtisas tibbi təhsili olmayan şəxslər “diş texniki” vəzifəsinə götürülüb.

Klinikanın direktoru isə məhkəmədə bildirib ki, həmin vaxt Hikmət Tahirov faktiki işləməyib, mülki geyimdə həkimin yanında oturub. Onun sözlərinə görə, texniki köməkçilər yalnız qəliblərin yuyulması və gips qarışdırılması kimi sadə işlər görüb, tibbi fəaliyyətlə məşğul olmayıblar. 

Məhkəmə isə təqdim olunan sənədləri və izahatları qiymətləndirərək, qanunvericiliyin pozulduğunu təsdiqləyib. Nəticədə MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən 6000 manat cərimələnib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam