Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Gənc həkimlərdən bu konfrans üçün pul tələb edilir

Gənc həkimlərdən bu konfrans üçün pul tələb edilir

Azərbaycan radioloqları ölkədə keçiriləcək beynəlxalq radiologiya konfransına qatılmaq üçün yüksək məbləğ tələb olunmasına etiraz edirlər.

Yenixeber.org: Bu barədə radioloq Aydın Əliyev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, 10–11 oktyabr 2025-ci il tarixlərində keçiriləcək tədbirdə iştirak etmək üçün radiologiya rezidentləri və gənc həkimlər çətin vəziyyətə salınıb.

Onun sözlərinə görə, konfransa qatılmaq üçün rezidentlər ayda 150 manat, üzv olmayan həkimlər isə 200 manat ödəməlidirlər. Halbuki rezidentlərin aylıq təqaüdü 520 manat, gənc həkimlərin maaşı isə çox vaxt 1000 manatı keçmir.

“İndiki iqtisadi böhran dövründə kirayədə qalan, xəstə valideynlərinə baxan gənc radioloqlar bu məbləği necə ödəsinlər? Onları inkişaf imkanından məhrum etmək ədalətsizlikdir. Heçmi utanmırsınız?”, – deyə Aydın Əliyev yazıb.

O, Radioloqlar Cəmiyyətini gənc həkimlər üçün daha əlçatan şərait yaratmağa çağırıb və bildirib ki, yüksək ödənişlər istedadlı kadrların inkişafına mane olur.(tribunainfo.az)

Gülşən Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam