Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Qonşu ölkədə əcnəbilərlə bağlı sərt qaydalar...

Bu gündən Gürcüstanda qalma qaydalarını pozan əcnəbilərə qarşı sərt qaydalar qüvvəyə minib.

Yenixeber.org: Məlumata görə, bu pozuntulara yol verən xarici ölkə vətəndaşı min laridən 3 min lariyədək cərimələnəcək və onun müəyyən müddətdə Gürcüstana girişi qadağan ediləcək.

Gürcüstanda qalma müddətinin üç ayadək pozulmasına görə cərimə min lari və altı ayadək ölkəyə giriş qadağası tətbiq olunacaq. Müddətin üç aydan bir ilədək pozulmasına görə cərimə 2 min lari, ölkəyə giriş qadağasının müddəti 2 il təşkil edəcək. Qalma qaydalarını bir ildən artıq müddətə pozan əcnəbilər isə 3 min lari məbləğində cərimələnəcəklər və onların üç il müddətinə ölkəyə girişi qadağan olunacaq.

Tranzit qaydalarının pozulmasına görə əcnəbilər 500 lari məbləğində cərimə ödəməli olacaqlar.

Yeni qaydalar qeyri-qanuni miqrasiyaya nəzarətin gücləndirilməsi və sığınacağın verilməsi prosedurlarından sui-istifadənin qarşısını almaq məqsədilə tətbiq olunub.

Qeyd edək ki, bu vaxta qədər qüvvədə olmuş qanun əcnəbinin ölkədən çıxarılmasını nəzərdə tutmurdu, cərimənin məbləği isə 180 laridən 360 lariyə qədər təşkil edirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam