Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ərdoğan İsrailin Sumud gəmisinə hücumunu lənətlədi

 

Türkiyə Prezidenti Qlobal Sumud Donanmasına qarşı İsrailin beynəlxalq sularda törətdiyi hücumu sərt şəkildə pisləyib.

Yenixeber.org xəbər verir ki, Prezident Ərdoğan bu barədə X hesabı üzərindən paylaşım edib.

O, qeyd edib ki, Qəzzada aclıqdan ölən uşaqlara diqqət çəkmək və məzlumlara humanitar yardım aparmaq üçün yola çıxan donanmaya qarşı edilən bu quldurluq İsrailin Qəzzadakı cinayətlərini gizlətmək cəhdlərinin göstəricisidir:

"Soyqırımçı Netanyahu hökuməti sülhün bərqərar olmasına, hətta belə bir ehtimalın yaranmasına belə dözümsüz yanaşır.

Sumud Donanması Qəzzadakı vəhşiliyi və İsrailin qətliamçı siyasətini bir daha bütün dünyaya göstərib. Türkiyə insanlığın ortaq vicdanını təmsil edən bu ümid yolçularının yanındadır.

Türkiyənin müvafiq qurumları hadisələrin gedişatını yaxından izləyir, aktivistlərin və vətəndaşların təhlükəsizliyi üçün bütün tədbirlər görülür.

Qəzzada qan tökülməsinin dayandırılması, humanitar yardımların maneəsiz çatdırılması və atəşkəsin təmin olunması üçün əlimizdən gələni edəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam