Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"

Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Qəzza zolağını ziyarət etməyi planlaşdırdığını bildirib.

Yenixeber.org: O, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının Rizə vilayətində keçirilən toplantısında çıxışı zamanı danışıb.

Ərdoğan partiya üzvlərinin zalda səsləndirdiyi “biz də gedəcəyik” replikasına cavab olaraq deyib: “Əvvəlcə mən ora gedəcəyəm, sonra siz.”

Prezident qeyd edib ki, atəşkəs razılaşmasından sonra bölgədə döyüşlərə qayıdış olmamalıdır. Onun sözlərinə görə, İsrail tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və regionun sabitliyini, həmçinin öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən aqressiv siyasətdən imtina etməlidir.

Ərdoğan həmçinin vurğulayıb ki, Qəzzaya humanitar yardımın çatdırılması heç bir maneə ilə üzləşməməlidir.

Türkiyə lideri çıxışının sonunda iki dövlətin yaradılmasını Yaxın Şərqdə “daimi sülhün açarı” adlandırıb.

Ərdoğanın Qəzzaya nə vaxt gedəcəyi məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam