Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Bu ölkədə dövlət çevrilişi oldu...

Hərbçilər bu ölkədə hakimiyyəti ələ keçirdi

Madaqaskarda hərbi qüvvələr ölkə rəhbərliyini ələ keçirib.

Yenixeber.org: Bu barədə ordunun Kadrlar Korpusu (CAPSAT) rəhbəri polkovnik Mikael Randrianirina məlumat verib. Onun sözlərinə görə, ordu bütün dövlət institutlarını buraxıb və idarəetməni öz üzərinə götürüb.

“Biz hakimiyyəti öz əlimizə aldıq”, — deyə polkovnik AFP-yə açıqlamasında bildirib.

Hadisələr prezident Andri Radzuelinanın ölkədən qaçmasından və parlamentin onun impiçmentinə səs verməsindən sonra baş verib. 131 deputatdan 130-u dövlət başçısının vəzifədən kənarlaşdırılmasını dəstəkləyib.

14 oktyabrda Radzuelina Milli Assambleyanı buraxdığını elan etmişdi, lakin deputatlar buna baxmayaraq toplaşaraq səsvermə keçiriblər.

Sentyabr ayından bəri Madaqaskar kütləvi etirazlarla silkələnir. Əvvəlcə su və elektrik qıtlığına qarşı başlanan aksiyalar sonradan korrupsiya və hökumətin səriştəsizliyinə qarşı ümumxalq etirazına çevrilib. BMT-nin məlumatına görə, etirazların ilk həftəsində azı 22 nəfər həlak olub, yüzə yaxın insan yaralanıb.

Hazırda ölkədə fövqəladə vəziyyət rejimi hökm sürür, ordu paytaxt Antananarivoda əsas dövlət obyektlərini nəzarətə götürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam