Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

"Prezidentə təbrik məktubu göndərək” -Spiker

 

"İclasımız tarixi günün ildönümü ərəfəsində keçirilir. 34 il əvvəl Azərbaycan müstəqilliyini elan etmişdir".
Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin oktyabrın 17-də keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. 
“İkinci dəfə ölkəmiz müstəqilliyini elan etmişdir. Lakin onun qorunub saxlanılması önəmli idi”. 
S. Qafarova bildirib ki, sərştəsiz dövlət idarəçiliyi torpaqlarımızın işğalına səbəb oldu, vətəndaş müharibəsi astanasına gəldik. 
O, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dövlət quruculuğunda mühüm addımlar atıldığını xatırladıb. Qeyd edib ki, 2025-ci ilin "Konstitusiya İli" elan edilməsi bir daha sübut etdi ki, Heydər Əliyevin ənənələri bu gün də davam edir. 
“Biz 44 günlük vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbə qazanmışıq. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, səsini eşitdirən ölkədir”. 
Sahibə Qafarova bu gün Füzuli, üç gün sonra isə Zəngilan şəhər gününün olduğunu vurğulayaraq, məcburi köçkünlərin doğma torpaqlarına qayıtdığını, həmin ərazilərdə quruculuq işlərinin aparıldığını vurğulayıb. 
“Təklif edirəm ki, müstəqilliyimizin ildönümü münasibəti ilə Prezident İlham Əliyev və birinci-vitse prezident  Mehriban Əliyevaya təbrik məktubları göndərək” – deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam