Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Prezident: Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində addımlar müzakirə olunacaq

 

"İlk iclası keçən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı baş tutmuş Ali Dövlətlərarası Şuranın keçirilməsinin vacibliyini də qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın gələcək perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində addımlar müzakirə olunacaq".

Yenixeber.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Qazaxıstan çoxtərəfli formatda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s. çərçivəsində səmərəli əməkdaşlıq edirlər: "Ölkələrimiz beynəlxalq aləmdə bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqe tuturlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam