Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Bakıya ikimərtəbəli avtobuslar nə vaxt gələcək?

Bakıya ikimərtəbəli avtobuslar nə vaxt gələcək?

İctimai nəqliyyatda avtobus seqmentində sərbəst hərəkəti təmin etmək üçün ilk növbədə şəhərsalma sahəsindəki qüsurlar aradan qaldırılmalıdır. Tikinti özbaşınalığına son qoyulmalıdır. Çünki mövcud tıxacların yaranmasının əsas səbəblərindən biri də məhz budur.

Yenixeber.org: Bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov ictimai nəqliyyatda müşahidə olunan sıxlıq və tıxac problemlərindən danışarkən deyib.

Ekspertin sözlərinə görə, tıxacların azaldılması üçün marşrutlara buraxılan avtobusların sayının artırılması vacibdir:

“Bu, hazırda ən çox ehtiyac duyulan istiqamətlərdən biridir və düşünürəm ki, mərhələli şəkildə həll olunacaq. Artıq Azərbaycanda elektroavtobusların istehsalına da başlanılıb. Bu, gələcəkdə ictimai nəqliyyatın ekoloji cəhətdən təmiz, keyfiyyətli və müasir tələblərə cavab verən avtobuslarla təmin olunmasına imkan yaradacaq”.

Eldəniz Cəfərov bildirib ki, ikimərtəbəli avtobuslar hazırda Bakıda əsasən turizm məqsədilə istifadə olunsa da, gələcəkdə müəyyən marşrutlarda onların istismarı da mümkündür:

“Əgər Bakıda nəqliyyat sıxlığının qarşısı alınarsa, bu, yol infrastrukturunun yenilənməsi və yenidən təşkil olunması ilə mümkün olacaq. Bu istiqamətdə “darboğazların” aradan qaldırılmasına ciddi ehtiyac var”.

Ekspertin sözlərinə görə, artıq bu istiqamətdə dövlət proqramı qəbul edilib və həmin sənəd bir növ yol xəritəsi rolunu oynayır:

“Modernləşmə istiqamətində müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Hazırda əsas məsələ marşrutlara buraxılan avtobusların sayının artırılmasıdır. Bu, sərnişinlərin vaxtında, təhlükəsiz və keyfiyyətli daşınmasını təmin edəcək”.

Eldəniz Cəfərov əlavə edib ki, gələcəkdə əvvəlki illərdə mövcud olan marşrut taksi sisteminin bərpası da mümkündür.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam