Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Sahib Məmmədov “mənbə” axtarışında -Sədrin bu istəyi AHİK-də baş verənləri təsdiqləyir...

bitmap-img6

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi son aylar qurumla bağlı mətbuatda yayımlanan məlumatlardan sonra mənbə axtarışına çıxıb. 
Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, AHİK sədri Sahib Məmmədov ətrafına göstəriş verərək içəridəki “mənbə”nin tapılmasını istəyir. 
Qeyd edək ki, Sahib Məmmədovun “mənbə” axtarışına çıxması ilə mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı yayımlanan məlumatları təsdiqini tapmış olur. 
Bildirək ki, Sahib Məmmədov AHİK sədri seçildikdən sonra bir çox vəzifələrə özünə yaxın şəxsləri gətirib. Yeni sədrin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında apardığı “islahat” isə daha çox görüntü olaraq qəbul edilir. 
Ortada dolaşan bəzi məlumatlara görə isə son aylar AHİK-də Sahib Məmmədov və komandasına qarşı ciddi narazılıqlar yaranıb. İddialara görə narazılğın səbəbi vəzifəyə yeni təyin edilmiş bir çox şəxslərin əmək haqqlarından əlavə 5 qat pul almaları ilə bağlıdır. Köhnə işçilər isə bu ayrıcalıqdan məhrumdurlar və onlara qarşı bu ayrı-seçkilik həm narazılıq, həm də qəzəb yaradır. Qeyd edilir ki, Səttar Möhbalıyevin dövründə də rəhbərliyə yaxın olan şəxslər paket alırdılar. Bu isə o anlama gəlir ki, Sahib Məmmədov sələfi Səttar Möhbalıyevdən heç də geri qalmır.(azfakt.com) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam